Hörmətli Müştəri,
Dəyərli və qiymətli vaxtınızı bizə sərf etdiyiniz üçün öncədən Sizə dərin minnətdarlığımızı bildiririk.
Biz, Azərbaycanda avtomatlaşdırma sahəsində fəaliyyət göstəririk və BakuDOORS MMC olaraq bu sahədə keyfiyyətli və səmərəli xidmət göstərməyə çalışırıq.
Əsas sahələrimizdən biri avtomatik qapılar və şlaqbaum sistemləri ilə əlaqədar işlərdir. Qarajların, darvazaların, anbarların və marketlərin qapılarının avtomatik olaraq açılıb bağlanmasını təmin edirik. Bizimlə işləyərək bu sahədə sürətli, təhlükəsiz və effektiv çözümlər əldə edə bilərsiniz.
Şirkətimiz yüksək keyfiyyətli məhsulların istifadəsinə əhəmiyyət verir. İstifadə etdiyimiz materiallar və texnika Avropa brendlərinə məxsusdur. Bizim partnyorlarımız, dünya bazarında yüksək reytinqə sahib olan şirkətlərdən olan Beninca, Ditec, Label, Tecsedo, Game, Naturalbond, Flexidoor, Alp Alüminium, Əmrə Alüminium kimi brendlərlə çalışır. Siz də artıq bu brendlərin məhsullarını BakuDOORS MMC vasitəsi ilə əldə edə bilərsiniz. Bizimlə işləyərək rahatlığınızı təmin edirik.
BakuDOORS MMC olaraq, keyfiyyətli məhsullar və peşəkar işçilərimiz vasitəsilə hər bir işimizə məsuliyyət və cavabdehlik daşıyırıq. Bizimlə işləmək, avtomatik qapılar və şlaqbaum sistemləri sahəsində təcrübəli və peşəkar bir komanda ilə əməkdaşlıq etmək deməkdir.
Bizə etibar edin və bizimlə əlaqə saxlayın. Sizin tələblərinizə uyğun çözümlər tapmağımızda sizə kömək edəcəyik.