Avtomatik Seksional Qaraj Qapilari

garaj_sectionala

20-ci əsrin son dörddə biri  texnologiyanın inkişafı baxımından dünya tarixində görünməmiş bir sürətə  səhnə olmuşdur.. Hətta bundan 10 il əvvəlki texnologiya ilə günümüzdəki texnologiya arasındakı fərq  xəyal edilə bilməyəcək ölçülərə çatmışdır.

Texnologiya sahəsindəki yeniliklər insanların həyatlarında çox böyük bir rahatlıq və asanlıq təmin  edəcək. İnsanlar evlərində, işlərində, məktəblərində bu inkişaflar sayəsində çox böyük asanlıqlar  yaşayacaq, rahat, əyləncəli və zövqlü mühitlərə qovuşacaqlar. Robotlar bir çox işdə insan gücünün yerini  alacaq. İnsanlar yerlərindən qalxmadan robotlar sayəsində, avtomatik əməliyyatlarla icra edə biləcəklər.

Texnolgiyanın belə sürətlə inkişafı təbii ki qapılardan da yan keçməmişdir. Artıq insanlar sadəcə  düyməyə sıxmaqla istənilən qapını aça və ya bağlaya bilər. Avtomatik qapılar müasir dövrün dəbdə olan  sitemləridir.  Yağışlı, qarlı hava şəraitində və yaxud evə yorğun qayıdarkən avtomabilinizdən düşərək qapını açmağa ehtiyac yoxdur.

sectional-1000pro-resize-1024x805

Mühərrik hissələri Avropanın brend şirkətlərinin istehsalı olan avtomatik qapı motorları ( 7 il zəmanət verilir) 1200N gücə malikdir,elektron idarəetmə paneli avtomatik qapı motorunun idarəedilməsini tənzimləyir.

Avtomatik qapıların motorları uzaqdan idarə oluna bilən motorlardır. Bunun üçün pultun üzərində  olan düyməni sixmaq lazımdır.

Photocell-N(black)

Avtomatik qapıların mortorları təhlükəsizlik sisteminin təmin etmək üçün quraşdırılan radarlarla birbaşa əlaqədə fəaliyyət göstərir. İstənilən maneə radarların qarşısını kəsdikdə motor avtomatik olaraq qapının hərəkətini saxlayır.

image003

Avtomatik qapılar əsasən sendvic paneldən hazırlanır. Sendvic panel hər iki üzü paslanmaz qalvaniz metal , içi isə sıxılmış penaplastdır.

Sendvic panellər isti və soyuğa davamlıdır. Poluetran izolasiyalı sendvic panel 45 mm qalınlığındadır.

sectional-overhead-door-parts

Avtomatik qapıların mexanik hissələri paslanmaz qalvaniz metaldan hazırlanmışdır. Mexanik hissələr müxtəlif parçalardan ibarətdir.  Yay, petlə , təkər , profildən  ibarət hissələr əsasən paslanmır. Buda avtomatik qapıların səssiz və maneəsiz işləməsinə şərait yaradır.

Ağ rəng
RAL9016

Fil dişi rəngi
RAL 1015

Qəhvəyi rəng (şokolad)
RAL 8014

Boz antrasit
RAL 7016

Albalı qapı rəngi

Qızıl palıd qapı rəngi

Seksional qapıların montaj növləri

Seksional qapılar əasasən 4 formada montaj olunurlar. Məkanın xüsusiyyətlərinə uyğun olaraq digər formalarda da montaj işləri görülə bilər.

Standart montajla seksional qapılar

Standart montaj populyar quraşdırma növüdür. Balans mexanizmi qapı lentinin üstündə yerləşir. Üst tirin hündürlüyü həm əllə, həm də avtomatik idarəetmə üçün ən azı 210 mm olmalıdır.

 

Alçaq hündürlüklü montajlı seksional qapılar

Alçaq montaj tavan hündürlüyü az olan otaqlarda istifadə olunur. Üst tir hündürlüyü – əl ilə idarə olunan qapılar üçün 100 mm-dən və avtomatik qapılar üçün ən azı 140 mm-dən çox olmalıdır.

Yüksək montajlı seksional qapılar

Yüksək montaj hündür tavanlı otaqlar üçün idealdır. Üst tirin hündürlüyü minimum 500 mm- olamlıdır və qapının necə idarə olunmasından asılı deyil.

Uzatma yaylarla montajlı seksional qapılar

Uzatma yayları montaj zamanı balans mexanizmi kəmər boyunca hər iki tərəfdə yerləşir. Üst tirin minimal hündürlüyü mexaniki idarəetmə üçün 100 mm və avtomatik idarəetmə üçün 140 mm olmalıdır.

Ən yaxşı qiymət təklifi üçün bizə yazın!

Bizimlə Əlaqə