Fotoselli Avtomatik qapı;
Fotoselli qapı öz adını qapının yuxarı hissəsində yerləşən fotosel sistemindən alır. O, həmçinin avtomatik qapı kimi tanınır . Bu gün Fotoselli Qapı Sistemləri demək olar ki, hər binaya uyğun istehsal olunur. Fotoselli qapıların açılması üçün adi qapılar kimi fiziki təmas tələb olunmur.
Fotoselli Avtomatik qapı keçid sahəsinə daxil olan kimi həssas sensoru ilə sizi aşkarlayır və avtomatik olaraq açılır. Fotosel aşkarlama sistemi işığa həssas rezistorlardan ibarət xüsusi sistemdir. Rezistorlar işığın hərəkətini insan gözünə bənzər şəkildə aşkar etmək qabiliyyətinə malikdir.
Hərəkətə həssas sensorlar sayəsində qapıya yaxınlaşdığınız zaman qapı avtomatik olaraq açılır və müəyyən edilmiş vaxtda yenidən bağlanır, aralarındakı təhlükəsizlik sensorları sayəsində toqquşmaların qarşısını alır.
Barmaq izi, parol girişi, pult və kart keçidi kimi sistemlər tətbiq oluna bilər.
Fotoselli qapılara marketlər, xəstəxanalar, hava limanları və ticarət mərkəzləri kimi insan sıxlığının yüksək olduğu yerlərdə üstünlük verilir.
Keçid sahəsinin eninə görə tək qanad və ya qoşa qanad kimi işləyir.Alüminium karkasda zərbəyə davamlı laminat şüşə istifadə olunur.Dekorativ məqsədlə istəsən qanad çərçivəsiz temperli şüşə kimi də tətbiq oluna bilər.

